Xəbərlər
ETİHİ Gədəbəy rayon komitəsində ilk həmkarlar təşkilatının sədri seçilib

ETİHİ Gədəbəy rayon komitəsində ilk həmkarlar təşkilatının sədri seçilib
Bu gün ETİHİ Gədəbəy rayon komitəsi tərəfindən Yaşar İsgəndərov adına Arıqıran kənd tam orta ümumtəhsil məktəbində ilk həmkarlar təşkilatının sədri seçkisi keçirilib.
Seçkinin nəticəsinə əsasən,Hüseynli Ülvi Sahib oğlu məktəbin ilk həmkarlar təşkilatının sədri seçilib.
ETİHİ Gədəbəy rayon komitəsi olaraq yeni seçilən sədrə gələcək fəaliyyətində uğurlar arzulayır, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin müdafiəsi, əməkdaşlığın inkişafı və təşkilati işlərin səmərəli təşkili istiqamətində fəaliyyətində müvəffəqiyyətlər diləyirik.
ETİHİ Gədəbəy rayon komitəsi narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirdi

ETİHİ Gədəbəy rayon komitəsi narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirdi
ETİHİ Gədəbəy rayon komitəsinin təşkilatçılığı ilə Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbir zamanı narkomaniyanın insan sağlamlığına, ailə dəyərlərinə və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verildi. Gənc nəslin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği və şagirdlər arasında maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırıldı.
Sonda bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin əhəmiyyəti vurğulandı.
Layiqli Əmək Günü ilə bağlı tədbirlər davam edir

Layiqli Əmək Günü ilə bağlı tədbirlər davam edir
ETİHİ Gədəbəy Rayon Komitəsinin ilk həmkarlar təşkilatlarında Layiqli Əmək Günü münasibətilə tədbirlər davam edir.
Bu münasibətlə Gədəbəy rayon Çanaqçı kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar təşkilatının sədri tərəfindən ittifaq üzvləri ilə görüşlər keçirilib,layiqli əmək şəraiti, əmək hüquqlarının qorunması və işçilərin mənafelərinin müdafiəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Layiqli əmək naminə həmrəy olaq!
#LayiqliƏməkGünü #ETİHİ #Gədəbəy #Həmkarlarİttifaqı #LayiqliƏmək
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gədəbəy rayon komitəsi olaraq rayonumuzun təhsil müəssisələrində müəllimlərlə görüşlər keçirərək onların bayram sevincini bölüşdük, şərəfli və məsuliyyətli fəaliyyətlərinə görə dərin hörmət və ehtiramımızı ifadə etdik.
Tədbirimizdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri üzrə şöbə müdiri Elnur Sadıqov da iştirak edib.
Görüşlər zamanı səmərəli fəaliyyəti, peşəkarlığı və fədakar əməyi ilə fərqlənən müəllim və kollektivlər təltif ediliblər.
Əziz müəllimlər, hər bir şagirdin uğurunda və gələcəyin formalaşmasında sizin böyük əməyiniz var. Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq!
Müəllim əməyinə hörmət – gələcəyə hörmətdir!
#ETİHİ #ETİHİGədəbəy #BeynəlxalqMüəllimlərGünü
5 Oktyabr – Müəllimlər Günü

5 Oktyabr – Müəllimlər Günü
5 Oktyabr – Müəllimlər Günü münasibətilə Gədəbəy Rayon İcra Hakimiyyətinin, Gədəbəy Rayon Təhsil Sektorunun və ETİHİ Gədəbəy rayon komitəsinin birgə təşkilatçılığı ilə Gədəbəy şəhərində müəllimlərlə görüş və bayram tədbiri keçirilib.
Tədbirdə müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu vurğulanıb, təhsil işçilərinə göstərilən diqqət və qayğının əhəmiyyəti qeyd edilib. Müəllimlərin şərəfli və məsuliyyətli fəaliyyətləri yüksək qiymətləndirilib.
Tədbir çərçivəsində bir sıra müəllimlər fəxri təltiflər və hədiyyələrlə mükafatlandırılıb, onların çoxillik və səmərəli fəaliyyətləri diqqətə çatdırılıb.
Sonda müəllimlər 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təbrik olunub, onlara möhkəm cansağlığı, pedaqoji fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.
#GədəbəyRayonİcraHakimiyyəti
#GədəbəyRayonTəhsilSektoru
#ETİHİGədəbəyRayonKomitəsi
ETİHİ Gədəbəy rayon komitəsində yeni ilk həmkarlar təşkilatı sədri seçilib

ETİHİ Gədəbəy rayon komitəsində yeni ilk həmkarlar təşkilatı sədri seçilib
30 sentyabr 2026-cı il tarixində ETİHİ Gədəbəy rayon komitəsinin təşkilatçılığı ilə Maarif kənd tam orta ümumtəhsil məktəbində əməkdaşların iştirakı ilə iclas keçirilib.
Keçirilmiş seçki nəticəsində Süleymanov Səxavət Sərdar oğlu Maarif kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar təşkilatının sədri seçilib.
ETİHİ Gədəbəy rayon komitəsi olaraq Süleymanov Səxavət Sərdar oğlunu yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edir, fəaliyyətində uğurlar, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin müdafiəsi istiqamətində səmərəli fəaliyyət arzulayırıq.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Gədəbəy Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Gədəbəy Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Gədəbəy Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub.
Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları şad, məkanları cənnət olsun.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
2025-2026-cı tədris ilində respublikamızın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600 bal və yuxarı nəticə əldə etmiş məzunlarla görüş keçirib.

2025-2026-cı tədris ilində respublikamızın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 600 bal və yuxarı nəticə əldə etmiş məzunlarla görüş keçirib.
Məzunlarla səmimi söhbət edilib, onlara gələcək həyatlarında uğurlar arzulanıb.
Sonda məzunlara hədiyyələr təqdim edilib.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Gədəbəy rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Gədəbəy rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfrans çərçivəsində ötən tədris ilinin nəticələri təhlil olunub, yeni tədris ili üçün qarşıda duran əsas hədəflər və prioritet istiqamətlər müəyyənləşdirilib. Çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, şagirdlərin fərdi ehtiyaclarının nəzərə alınması və məktəb–valideyn əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin hər bir məktəbin qarşılaşdığı problemlərin ayrıca təhlil edilməsinin, ümumi yanaşmadan daha çox, mövcud vəziyyətə uyğun konkret və səmərəli həll yollarının müəyyənləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Qeyd edək ki, konfrans iki gün davam edəcək. İkinci gün fənlər üzrə ayrı-ayrı panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur.


